EN

Şəhid Xanbabanın bibisi: "Bircə onu deyib ki, vuruldum"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV antiterror əməliyyatında qəhrəmancasına şəhid olan Xanbaba Ələmmədov haqqında reportaj hazırlayıb.
16 günlük ikən anasını itirən Xanbaba bibisi və əmisinin himayəsində böyüyüb.
Şəhidin əmisi Cahid Zülfüqarlı hərbi xidmətə getməyin onun arzusu olduğunu bildirib:
"Birinci Qarabağ müharibəsində vuruşmuşam. Məndən necə döyüşdüyümü, yoldaşlarımız şəhid olanda nə etdiyimizi soruşurdu. Səhər tezdən yeməyini yeməmiş döyüşdə yaralanması ilə bağlı gördüyü yuxunu danışmağa başlayırdı".
Şəhidin bibisi Şəfiqə Ələmmədova isə Xanbabanın şəhid olma anından danışıb:
"Bircə onu deyib ki, vuruldum. Sonra da söyləyib ki, mən gedirəm, komandir, qoy kəlimeyi-şəhadətimi deyim".
Daha ətraflı Baku TV-nin süjetində:
Chosen
47
1
oxu.az

10Sources