EN

Simonyanın Bakı səfərinin PƏRDƏARXASI: Münasibətlərdə nələr dəyişəcək?

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan sentyabrın 19-dan 21-dək Bakıda səfərdə olub. O, rəhbərlik etdiyi nümayəndə heyəti ilə üçüncü təhlükəsizlik forumunda iştirak edib. Bu, son illərdə ən yüksək səviyyəli erməni rəsmisinin Azərbaycana etdiyi ilk rəsmi səfər kimi diqqət çəkir.

Maraqlıdır, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin Bakıya səfəri Azərbaycan-Ermənistan münasibətlərində hansı yeni mərhələnin başlanğıcı sayıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, bu səfər Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər:

Əli Mustafa

“İndiyə qədər Azərbaycan və Ermənistan rəsmiləri əsasən üçüncü ölkələrdə və ya sərhədyanı bölgələrdə görüşürdülər. Bu dəfə isə Ermənistanın ən önəmli dövlət qurumlarından birinin rəhbərinin Bakıya gəlməsi tərəflər arasında etimadın artdığını göstərir. Azərbaycan düşmən hesab etdiyi rəsmiləri belə qəbul etməklə kin və ədavəti kənara qoymaq bacarığını nümayiş etdirir. Bu həm də münasibətlərin nizama düşməsinə, anlaşmanın yaranmasına təkan verəcək”.

Ekspertin sözlərinə görə, təhlükəsizlik qurumunun rəhbərinin Bakıya gəlməsi Ermənistan tərəfinin də Azərbaycanı real təhlükə mənbəyi hesab etmədiyini göstərir və bu addım iki ölkə arasında münasibətlərin yumşalmasına xidmət edə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
16
1
konkret.az

2Sources