EN

Formula 1: Sıralama turunun ikinci sessiyası başa çatdı

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turunun ikinci sessiyası başa çatıb...

Poliqon xəbər verir ki, ən yaxşı nəticəni "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen göstərib.

Oliver Berman ("Haas"), Lens Stroll ("Aston Martin"), Qabriel Bortoleto ("Kick Sauber"), Lyuis Hemilyon ("Ferrari" və Fernando Alonso ("Aston Martin) üçüncü - sonuncu sessiyada iştirak etməyəcəklər. Onlar müvafiq olaraq 6, 7, 8, 9 və 10-cu yerləri tutublar.

Məlumat üçün bildirək ki, ilk sessiyada "McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. Maks Ferstappen ikinci, "Ferrari"dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto ("Alpine"), Niko Hyolkenberq ("Kick Sauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpine") və Aleksander Albon ("Williams") ikinci sessiyada yarışmayacaqlar. Onlar müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Poliqon.info

Chosen
9
4
poliqon.info

5Sources