EN

Korrupsiya Özbəkistana 2 trilyonluq ziyan vurdu

BAKI, 20 sentyabr. TELEQRAF

ötən il Özbəkistanda korrupsiya cinayətlərinə görə 7354 nəfər məhkəmə qarşısına çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə 7,3 mindən çox şəxs barəsində 4649 cinayət işi (2023-cü ildə 4128 iş) başlanıb. Əvvəlki illərlə müqayisədə məhkumların sayı 12,5 faiz artıb. 2023-cü ildə bu məsələ üzrə 6535 nəfər həbs edilib.

“Müəyyən edilib ki, korrupsiya dövlətə 2 trilyon 812 milyard sum (təxminən 228,3 milyon ABŞ dolları) məbləğində ziyan vurub”, – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hesabatında deyilir.

2023-cü ildə korrupsiya cinayətləri səbəbindən ölkə iqtisadiyyatı 1,4 trilyon sum (113,6 milyon dollar) zərər çəkib.

Xatırladaq ki, ötən il Özbəkistanda cinayət məsuliyyətinə cəlb edilən vəzifəli şəxslərin sayı 37,2 faiz artıb. Müvafiq olaraq, korrupsionerlər dövlətə 278,3 milyon dollar ziyan vurublar.

Bundan əlavə, bu yaxınlarda Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri haqqında məhkəmə hökmü çıxarılıb. Həmçinin bu ilin martında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan 117 məmurun işdən çıxarılmasına göstəriş verib.

Özbəkistan korrupsiyaya meylli məmurların erkən aşkarlanması təcrübəsini tətbiq edəcək.

Chosen
49
1
teleqraf.com

2Sources