EN

Formula 1 : Sıralama turunun ikinci sessiyası başa çatdı (YENİLƏNİR)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ikinci sessiyası başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, hələlik ən yaxşı nəticəni "Red Bull" Maks Ferstappen göstərib.

15-ci pillədəki Oliver Berman ("Haas"), 14-cü Lens Stroll ("Aston Martin"), 13-cü Qabriel Bortoleto ("Kik-Zauber"), 12-ci Lyuis Hemilyon və 11-ci Fernando Alonso ("Aston Martin") üçüncü - sonuncu sessiyada iştirak etməyəcək.

16.40

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ilk sessiyası başa çatıb.

Qaynarinfo xəbər verir ki, hələlik ən yaxşı nəticəni "Maklaren"dən Lando Norris göstərib.

16-cı sıradakı Franko Kolapinto ("Alpin"), 17-ci yerdəki Niko Hyolkenberq ("Kik-Zauber), 18-ci pillədəki, Esteban Okon ("Haas"), 19-cu olan Pyer Qasli ("Alpin") və 20-ci Aleksander Albon ("Uilyams) ikinci sessiyadan kənarda qalıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

16.03

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa ilk sırada başlayan pilot müəyyənləşəcək.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
3
qaynarinfo.az

4Sources