“Zirə” 500-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, klub tarixinin yubiley topu Misli Premyer Liqasının V turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.
Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.
Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.
Qeyd edək ki, 2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.
“Zirə”dən əzmkar qələbə - YENİLƏNİB
Azər Həşimov: “Bəzi məsələlər var ki, mənə aid deyil”
Jorj Kaşkilya: “Portuqaliyada Azərbaycan futbolunu diqqətdə saxlayırlar”
“İmişli”dən növbəti qələbə - YENİLƏNİB
“Zirə” Çempionlar Liqasında 1/4 finalda