EN

Antiterror əməliyyatları zamanı şəhid olmuş kiçik leytenant Tural Cahangirovun əziz xatirəsi ehtiramla anıldı

20 sentyabr 2025-ci il tarixində Pirallahı rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror tədbirləri zamanı şəhid olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", İgidliyə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif olunmuş kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirovun anım mərasimi keçirildi. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Günay Əfəndiyeva, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Daha sonra şəhidin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Anım mərasimində çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Tural Cahangirovun ailəsinə dərin hüznlə başsağlığı verərək qeyd etmişdir ki, şəhidimizin xatirəsini hər zaman xalqımızın yaddaşında yaşayacaq  və qürurla anılacaq. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.  Suverenliyimizin bərpası ilə üçrəngli bayrağımız bütün ölkə ərazisində qürurla dalğalanır.  

Sonra şəhid Tural Cahangirovun ailəsi ziyarət edildi. RİH əməkdaşları ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların daim diqqət mərkəzində saxlanılacağını ifadə edib.

Şəhidin doğmaları və yaxınları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Chosen
17
3
yeniazerbaycan.com

4Sources