EN

Enrike: “Beynimdə bir mahnı səslənir – Usmana “Qızıl Top”

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike sentyabrın 22-də keçiriləcək “Qızıl Top” mükafatının təqdimat mərasimindən gözləntiləri barədə danışıb. 

QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. İspaniyalı mütəxəssis deyib: 

“Heç nə! Bu barədə daha əvvəl də danışmışam. Amma beynimdə bir mahnı səslənir (oxumağa başlayır): "Usmana [Dembele] "Qızıl Top!".

Qeyd edək ki, Usman Dembele ötən mövsüm PSJ-də bütün turnirlərdə 53 oyuna çıxıb, 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə Fransa çempionluğu, ölkə kuboku, Superkubok və Çempionlar Liqasını qazanıb.

Chosen
8
1
teleqraf.com

2Sources