EN

Ukrayna Prezidenti: Vladimir Putin görüşə razı olmasa, Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir

BAKI, 20 sentyabr. TELEQRAF

“Vladimir Putin görüşə razı olmasa, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski deyib.

“Liderlərin görüşü olmasa və ya məsələn, atəşkəs olmasa, sanksiyalar gözləyirik. Yəni bu, tərəflərin iradəsindən asılıdır. Biz bu fikri dəstəkləyirik. Bunu bilirsiniz, heç kimə sirr deyil. Müharibə davam edərsə və sülhə doğru hərəkətlər olmasa, sanksiyalar gözləyirik”, - dövlət başçısı bildirib.

Zelenski bu məsələni gələn həftə Nyu-Yorka ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşdə qaldıracağını qeyd edib.

Chosen
28
4
teleqraf.com

5Sources