EN

Bakıda üçüncü sərbəst yürüşün qalibi Lando Norris oldu

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb. 

90deqiqe.Az-ın məlumatına görə, yarışı “MakLaren” komandasının pilotu Lando Norris birinci sırada tamamlayıb.

“Red Bull” sürücüsü Maks Ferstappen ikinci yeri tutub, Norris’in komanda yoldaşı Oskar Piastri isə üçüncü nəticə göstərib.

Xatırladaq ki, dünənki sınaq yürüşlərində ilk sessiyada Lando Norris, ikinci sessiyada isə “Ferrari”nin pilotu Lyuis Hemilton birinci yeri tutmuşdu.

Bu gün saat 16:00-da sıralama turu keçiriləcək. Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 21-də baş tutacaq.

Chosen
29
90deqiqe.az

1Sources