EN

“Sadəcə, başqa autsayderlərlə müqayisədə daha keyfiyyətli legionerləri var” “İmişli” fenomeninin sirri nədi?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Premyer-liqanın debütanı “İmişli” futbol ictimaiyyətini təəccübləndirməkdədi. Jorj Kaşkilyanın komandası dünən “Karvan-Yevlax”ı 3:0 hesabıyla məğlub etdi. Ardıcıl üçüncü oyunda meydandan qalib ayrılan Aran təmsilçisinə ötən tura görə texniki məğlubiyyət verilməsəydi, hazırda 2-ci yerə şərik idi.Belə uğurlu oyunu nə ilə bağlamaq olar? Səbəbkar baş məşqçidi, yoxsa futbolçular? Təcrübəli mütəxəssis Aslan Kərimov bu barədə fikirlərini “Football-plus.az” ilə bölüşüb:

“Çempionat uzun marafondu. “İmişli”nin indi yüksək pillələrdə olması aldadıcı olmamalıdı. Mövsümün sonunda bu pillələrdə olacağı böyük sual doğurur. Nə qədər desək də ki, portuqaliyalı məşqçilər yaxşı iş görür, qısa zaman ərzində belə oyun hələ onun keyfiyyətindən xəbər vermir. Sadəcə, futbolçuları yaxşıdı, keyfiyyətli legionerləri var. Strateji cəhətdən də düzgün oynayırlar. Sonuncu oyunü götürsək, “Karvan-Yevlax” başıalovlu irəli atıldı. Sıx müdafiəni yarmaq isə iddialı klublar üçün belə çətin olur. “Sumqayıt” da irəliyə atılanda müdafiədə boşluqlara yol verirdi. “İmişli” sıx müdafiə olunmağı, əks-hücumlarda da qol vurmağı bacarır. Bir məşqçi bir mövsümdə belə istədiyinə nail ola bilmir. İnanmıram ki, iki-üç ayda qazandıqları nailiyyət Kaşkilya sayəsindədi. Sadəcə, başqa autsayderlərlə müqayisədə daha keyfiyyətli legionerləri var. Amma bu da şübhə doğurur, çempionatın əvvəlidi”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
icma.az

2Sources