EN

Həbs olunan Adnan Əhmədzadənin həyat yoldaşı instaqram postlarını SİLDİ

Adnan Əhmədzadə və onun həyat yoldaşının hesabından bəzi paylaşımlar silinib.

Musavat.com Ajans.az-a istinadla xəbər verir ki, həbs olunan Adnan Əhmədzadə və onun həyat yoldaşı Gülsəfa Cəfərovanın Instagram hesablarından bəzi paylaşımlar silinib və bağlanıb. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

 

 

Chosen
50
35
musavat.com

10Sources