EN

“Fitch Ratings” İtaliyanın reytinqini artırıb

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İtaliyanınreytinqini “BBB”dən “BBB+” səviyyəsinə yüksəldib.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İtaliyanın ÜDM-nin 2025-ci ildə 0,6 faiz, gələnil isə 0,8 faizədək yüksələcəyi gözlənilir.

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, bu göstəricihökumətin doğru yolda olduğunu təsdiqləyir.

“Maliyyə göstəriciləri, məsul büdcə qərarları, artan məşğulluqsayəsində güclənən iqtisadiyyat: bunlar şüar deyil, konkretnəticələrdir. Bu, beynəlxalq bazarlardan inamın açıq siqnalıdır:siyasi sabitlik, etibarlı iqtisadi siyasət, iş yerləri və rifahyaradanlara dəstək öz bəhrəsini verir”, - o qeyd edib.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources