EN

Həbsdə olan eks-nazirin kürəkəni də saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin kürəkəni Vasil Mxeidzeyə qarşı yeni cinayət işi açıb.

"Unikal" xəbəər verir ki, bu barədə “Georgia Online” nəşri məlumat yayıb.

O, saxta siqaretlərin külli miqdarda qanunsuz istehsalını təşkil etməkdə ittiham olunur.

Məlumata görə, Mxeidzenin göstərişi ilə 2023-cü ildən Qoridəki fabrikdə aksizsiz tütün məmulatları istehsal olunur. Axtarış zamanı müstəntiqlər satışa hazır təxminən 324 000 qutu Kareliya siqareti aşkar ediblər. 

Bu işdə şirkətin təsisçisi Mxeidze ilə yanaşı, fabrikin direktoru M.A. və mühafizə rəisi, əvvəllər Burçuladzenin mühafizəçisi işləmiş N.T saxlanılıb.

Xatırladaq ki, keçmiş müdafiə naziri Cuanşer Burçuladze sentyabrın 11-də saxlanılıb.  O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilərək tutulub. 

Burçuladze 2021-ci ildən 2024-cü ilə qədər Gürcüstanın müdafiə naziri olub.

Chosen
51
unikal.az

1Sources