EN

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti
Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib. 1news.az-ın Trend-ə istinadən xəbərinə görə, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
13:24 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Kəlbəcərə yola salınıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən qurulan Kəlbəcər şəhərinə bu mərhələdə 29 ailə - 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Chosen
14
5
1news.az

10Sources