EN

Əsrin müqaviləsi Azərbaycanın iqtisadi suverenliyinin əsas sütunlarından

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

"Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyini iqtisadi dayaqlarla möhkəmləndirən tarixi bir sənəd, strateji iradənin təntənəsidir.

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, 1994-cü ilin 20 sentyabrda Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, siyasi qətiyyəti və müdrik liderliyi ilə imzalanmış bu müqavilə, Azərbaycanın gələcəyinə qoyulan möhkəm təməl idi. Məhz bu sənəd ölkəmizin enerji sərvətlərini dünya bazarına çıxarmaqla yanaşı, beynəlxalq investorların Azərbaycana inamını formalaşdırdı. Bu, sadəcə neft sazişi deyildi. Bu, Azərbaycanın müstəqil siyasət yürütmək əzmini, bölgədə liderliyə iddiasını və iqtisadi inkişaf yolunda atdığı ən önəmli addımlardan biri idi.

Prezident İlham Əliyevin liderliyi ilə bu müqavilə sonrakı illərdə davamlı inkişaf, enerji diplomatiyası və yeni strateji layihələrlə daha da dərinləşdi. Azərbaycan bu gün həm neft, həm də alternativ enerji istiqamətində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.

"Əsrin müqaviləsi" bu gün də Azərbaycanın iqtisadi suverenliyinin, beynəlxalq nüfuzunun və gələcək inkişafının əsas sütunlarından biridir. Bu müqəddəs yolun banisi olan Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anır, bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevə təşəkkür edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
525.az

1Sources