EN

Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə İKİ MEDAL - FOTO

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin iştirakı ilə keçirilən “WTT Youth Contender” turniri davam edir.

İdman.biz xəbər verir ki, seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.

U-13 kateqoriyasında çıxış edən Mehin Mirzəbalayeva və Vaqif Babayev turnirin bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.

İdman.biz

Chosen
19
1
idman.biz

3Sources