EN

Tramp ABŞ-da sürətli yaşıl karta hüququ təmin edən fərman imzalayıb

Tramp ABŞ-da sürətli yaşıl karta hüququ təmin edən fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp xaricilərə sürətli yaşıl kart proseduru təqdim edən fərman imzalayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu proqram “Trump Gold Card” (“Trampın Qızıl Kartı”) adlanır və qiyməti 1 milyon dollar təşkil edir.

ABŞ prezidenti bildirib ki, proqramın məqsədi ABŞ-a “çox uğurlu” və “çox məhsuldar” insanları cəlb etməkdir. Onlar ölkəyə gəlmək üçün böyük məbləğ xərcləyəcək və bu, ABŞ-a vergi azaldılması, dövlət borcunun ödənilməsi və digər faydalı sahələr üçün milyardlarla dollar gətirəcək.

Fərmanla yanaşı, yüksək məbləğ ödəyənlər üçün “Trump Platinum Card” (“Trampın Platin Kartı”) da təqdim olunacaq – 5 milyon dollar ödəyən xaricilər ABŞ xaricində əldə etdikləri gəlirdən vergidən azad olunacaq. ABŞ Ticarət naziri Hovard Latnik qeyd edib ki, proqram ABŞ-da biznes və iş yerləri yaradacaq, ölkəyə 100 milyard dollardan çox vəsait gətirəcək.

Eyni zamanda, Tramp H-1B vizalarının verilmə qaydalarını da dəyişib. İndi ABŞ şirkətləri yüksək ixtisaslı xarici işçiləri işə götürmək istəsələr, 100 min dollar ödəməlidirlər. Məqsəd şirkətləri ABŞ vətəndaşlarını işə götürməyə və yetişdirməyə təşviq etməkdir.

Chosen
61
afn.az

1Sources