EN

“Çelsi”nin futbolçusu yüngül atlet oldu

“Çelsi”nin və Ukrayna millisinin hücumçusu Mixail Mudrik yüngül atletika növünə keçməyi qərara alıb.

Msport.az xəbər verir ki, dopinq qəbul etməkdə ittiham olunan Mixail Mudrik 2024-cü ilin dekabrından etibarən müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.

İyunda İngiltərə Futbol Assosiasiyası (FA) Mudrikə qarşı rəsmi olaraq dopinq qaydalarını pozmaq ittihamı irəli sürüb və bu, onun maksimum dörd il müddətinə cəzalandırılması ilə nəticələnə bilər.

Hazırda 24 yaşlı ukraynalı yüngül ayletika üzrə millidə məşqlərə başlayıb və hazırlığı keçmiş olimpiyaçılar tərəfindən idarə olunur. Mudrik 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyib.

Qeyd edək ki, Mudrik 2023-cü ildən “Çelsi”də çıxış edir. O, 2024-25 mövsümündə bütün turnirlərdə 15 matç keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Chosen
10
3
msport.az

4Sources