EN

Xabi Alonsonun rəqabət planı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

“Real”ın baş məşqçisi Xabi Alonsonun komandası üçün yeni planı var.

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bu plana əsasən Vinisius Junior və Rodriqo Goes hücumun sol cinahında əsas heyət uğrunda rəqabət aparmalıdırlar. Onlardan heç birinə “kral klubu”nun ilk 11-liyində yer zəmanəti verilmir.

Mənbənin məlumatına görə, Rodriqo ilə bağlı vəziyyət yayda keçirilən klublararası dünya çempionatından sonra kəskin dəyişib. Həmin turnirdə braziliyalı futbolçu cəmi 93 dəqiqə meydanda olub. İndi isə Alonso ona daha çox güvənir və Rodriqonu özünü ən rahat hiss etdiyi mövqedə meydana buraxır.

Cari mövsümdə Vinisius “Real”ın heyətində 5 oyuna çıxıb, onlardan 2-də ehtiyatdan meydana daxil olub. Rodriqo isə 3 görüşdə iştirak edib (2 dəfə start heyətində).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
qol.az

2Sources