EN

Goranboyda heyvanlar minaya düşdü

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakinin məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.///APA

Chosen
32
3
ucnoqta.az

10Sources