EN

İçərişəhərdə Cənubi Qafqazın ən böyük Kvest Çempionatı keçirilib (FOTO)

Bakı. Trend:

20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə İçərişəhərdətarix və gəncliyi birləşdirən “Bakı Kvest 2025|İçərişəhər” layihəsikeçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AzərbaycanRespublikasının Gənclər Fondunun təşkilatçılığı, AzərbaycanRespublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan TələbəGənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatlarıİttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” GənclərHərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “GəncKönüllülər” İctimai Birliyi və “Gənclərin MaarifləndirilməsinəDəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilənçempionatda 36 komanda və 540 gənc iştirak edib.

Qoşa Qala meydanında açılış mərasimi baş tutan kvest çempionatıgənclərdə həm komanda ruhunu, strateji düşüncəni və tarixə marağıgücləndirmək, həm də könüllülük fəaliyyətini təşviq etmək məqsədinidaşıyıb.

Cənubi Qafqazın ən böyük Kvest Çempionatının marşrutu gənclərəİçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixiabidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlarİçərişəhərin məhşur və çox az tanınan, lakin tarixi baxımdan mühümobyektlərini əhatə edərək gəncləri keçmişə səyahət etdirib.

İntellektual mübarizənin sonunda çempionatın qalibi olan gənctələbə və könüllülər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AzərbaycanRespublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icraedən Yusif Vəliyev tərəfindən kubok, medal və xüsusi mükafatlarlatəltif olunublar.

Yekunda gənclərin sevimli müğənnilərinin iştirakı ilə konsertproqramı təşkil edilib.

İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
Məqalədə:
Chosen
45
az.trend.az

1Sources