EN

Adnan Əhmədzadə həbs olundu

Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, A.Əhmədzadə SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini çalışıb.

Chosen
8
28
day.az

10Sources