EN

Vadim Abdullayev: “Olan olub, irəli baxmaq lazımdır” - MÜSAHİBƏ

"Bizim üçün rəqibin "Neftçi, "İmişli" və ya başqa komanda olmasının fərqi yoxdur. Önəmli olan odur ki, tez bir zamanda özümüzə gəlməliyik".

İdman.biz xəbər verir ki, bunu "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev Sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının V turunda "İmişli"yə üç cavabsız qolla uduzdunuz. Oyunla bağlı nə deyə bilərsən?

- ⁠Gördüyünüz kimi bizdə heç nə alınmadı. İstədiyimiz, fikirləşdiyimiz şeyləri icra edə bilmədik. Əslində, belə matçlardan sonra danışmaq çətindir. Çox danışmaq da istəmirəm. Məğlubiyyətin səbəb olan çox amillər var. Amma əsas odur ki, bu, istədiyimiz nəticə deyil.

- Son üç turda məğlub olmusunuz. Bunu nə ilə əlaqələndirirsən?

- ⁠Hamı bilir ki, evdə oynamırıq. Bütün matçlarımız səfərdə keçir. Bəlli çətinliyimiz var. Yeni komandayıq. Bizim kimi kluba azarkeş amili çox vacibdir.

- Yəni, Şamaxıda oynamaq nəticələrə təsir edir?

- ⁠Məncə, 100 faiz təsir edir. Çünki öz azarkeşlərimizin, dolu tribunaların önündə oynamağın motivasiyası, həyəcanı tamam fərqlidir.

- Yevlaxda daha fərqli komanda görəcəyik?

- ⁠Biz də buna ümid edirik. İstəyirik ki, tez zamanda özümüzə komanda olaraq çəki-düzən verək. Olan olub, artıq irəli baxmaq və çalışmaq lazımdır.

- Növbəti turda "Neftçi" ilə üz-üzə gələcəksiniz. Rəqib qələbə qazana bilməyib. Necə oyun gözləyirsən?

- ⁠Bizim üçün rəqibin "Neftçi, "İmişli" və ya başqa komanda olmasının fərqi yoxdur. Önəmli olan odur ki, tez bir zamanda özümüzə gəlməliyik. Mübarizliyimizi, istəyimizi artırmalıyıq. Elə səhvlər var ki, aradan qaldırmalı və üzərində işləməliyik. Yoxsa, Premyer Liqada bəlli bir səviyyə var və ona uyğun ayaqlaşmalısan. Daha çox çalışmalı və düzgün oynamaləyıq. Nəticələr də yavaş-yavaş gələcək. Əsas özümüzdə çox şeyi düzəltməliyik.

İdman.biz

Chosen
6
1
idman.biz

2Sources