EN

Paşinyan Sovet İttifaqının ermənilərdən alət kimi istifadə etdiyini bildirib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ermənistanda bir neçə onillik ərzində mövcud olmuş vətənpərvərlik modeli sovet rəhbərliyinin göstərişlərinə və məqsədlərinə uyğun olaraq formalaşdırılıb".

Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbər verdiyinə görə, bunu Ermənistanın baş naziri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan partiyanın qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2019-cu ildə niyə "Qarabağ Ermənistandır və nöqtə" dediyini bir daha qeyd etmək lazımdır. Baş nazir əlavə edib ki, həmin vaxt o, vətənpərvər olub.

"Sual yaranır: "Bəs indi mən vətənpərvər deyiləm?" İndi də vətənpərvərəm. O zaman mən ovaxtkı yeganə modelə görə vətənpərvər idim. Amma biz onu kimdən aldıq, necə formalaşdı?" - deyə baş nazir iştirakçılara müraciət edib.

O vurğulayıb ki, bu model Stalin, Xruşşov və Brejnev tərəfindən 1940-cı illərdən 1980-ci illərə qədər formalaşdırılıb, erməni xalqının vətənpərvərlik hissləri cənub-qərb sərhədlərində NATO ilə qarşıdurma üçün alət kimi istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
4
oxu.az

5Sources