Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatçıları sırasında
Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turniri davam edir. Seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülüb. Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.