EN

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, A.Əhmədzadə SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. 

Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Chosen
2
31
bakuinfo.net

10Sources