EN

Azəbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başa çatıb

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

Operativ Media xəbər verir ki, mübarizəni birinci sırada başa vuran pilot müəyyənləşib.

"Maklaren" sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.

Saat 16:00-da sıralama turu keçiriləcək.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.

Chosen
26
12
operativmedia.az

10Sources