EN

Adil Şükürov qələbə qazanmasa, istefaya göndəriləcək

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasında beşinci tur davam edir.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, mövsümün ilk baş məşqçi istefası məhz bu gün qeydə alına bilər.

Bunun baş verməməsi üçün "Kəpəz" cari sezonun ilk qələbəsini qazanmalıdır. Yoxsa Adil Şükürov əşyalarını toplamalı, 2024-cü ilin sentyabrındakı kimi buradan ayrılmalıdır. Hətta "Qəbələ" ilə heç-heçənin də onu xilas etməyəcəyinə dair bilgilər var.

Düşərgədən bu yöndə bəzi yeni məlumatlar almışıq. Bildirilib ki, rəhbərlik Şükürova sonuncu dəfə xəbərdarlıq edib.

İlk dörd turda məğlubiyyətlə üzləşən mütəxəssisə «uğursuz seriyaya son qoymasan, gedəcəksən, limitin bitdi» deyilib.

O, bu ilin iyununda Gəncə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. Kontrakt birtərəfli pozulsa, baş məşqçiyə təzminat ödəmək lazım gələcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
icma.az

3Sources