Misli Premyer Liqasının V turunda “Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi iki komandada rahatdır. Gəncə təmsilçisində yalnız bir oyunçu – Adama Fofana zədə səbəbindən matçda iştirak etməyəcək.
“Qəbələ”də isə cəzalı və ya zədəli oyunçu yoxdur.
Oyun bu gün saat 17:00-da başlayacaq.