EN

Məhkəmədən Əkrəm İmamoğlu üçün pis xəbər! Apellyasiya şikayəti təmin edildi

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun barəsində aparılan və ictimaiyyətdə “Axmaq Davası” kimi tanınan istintaqda apellyasiya məhkəməsi qərarını açıqlayıb.

Turkustan.az xəər verir ki, İstanbul Bölgə Ədliyyə Məhkəməsi 1-ci Cəza Palatası, Anadolu 7-ci Asliye Cəza Məhkəməsinin 2022-ci ildə İmamoğluna “dövlət məmurlarını vəzifələrini icra etdiklərinə görə açıq şəkildə təhqir etmək” ittihamı ilə verdiyi 2 il 7 ay 15 gün həbs və siyasi qadağa hökmünü qüvvədə saxlayıb.

Palata qərarda prosessual və maddi qanun pozuntusunun olmadığını, sübutların qənaətbəxş şəkildə qiymətləndirildiyini bildirib. Yalnız cəzanın hesablanmasında texniki xəta olduğu qeyd edilib.

Apellyasiya şikayəti rədd edilsə də, tərəflərin Ali Məhkəməyə müraciət etmək hüququ qüvvədə qalır. İş üzrə son qərarı Ali Məhkəmə verəcək.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources