"Mən artıq MMA tarixinə düşmüşəm".
İdman.biz xəbər verir ki, bunu keçmiş UFC çempionu, iki çəki dərəcəsində döyüşən braziliyalı Aleks Pereira deyib.
O, rusiyalı Maqomed Ankalayevə qarşı revanş öncəsi motivasiyasını açıqlayıb: "Döyüş sənətində çox şey əldə etmişəm, xüsusilə UFC-də. Buna görə də təzyiqi hiss etmirəm, çünki artıq etməli olduğum şeyə nail olmuşam".
Qeyd edək ki, Pereira oktyabrın 5-də Las-Veqasda keçiriləcək UFC 320 turnirində Ankalayevlə revanş döyüşünə çıxacaq. İlk döyüşdə Ankalayev yekdil qərarla qalib gəlmişdi.
İdman.biz