EN

Norveç Ordusu üçün əlavə K9 ÖAQ-lar alınır

Norveç Müdafiə Avadanlıqları Agentliyi (NDMA) və Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti arasında 24 ədəd 155 mm-lik K9 “Vidar” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) alınması üçün müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Norveç Müdafiə Avadanlıqları Agentliyi məlumat yayıb.

Bildirilib ki, 24 ədəd ÖAQ 2027-ci ilin sonunda NDMA-ya çatdırılacaq və 2028-ci ildə Norveç Ordusunun istismarına veriləcək.

Bundan əvvəl 2022-ci ilin noyabr ayında Norveç hökuməti “Hanwha Aerospace” şirkətindən 28 ədəd K9 ÖAQ və 14 ədəd K10 nəqletmə-doldurma maşını satın alıb. Bu K9-lar Norveç Ordusunda əvvəlki M109 ÖAQ-ları əvəz edib. Əvəzlənmiş M109-lar isə hərbi yardım çərçivəsində Ukraynaya bağışlanıb.

Həmçinin bax: Norveçin inventarındakı K9 VIDAR ÖAQ-ları gözləntiləri doğruldur

24

Chosen
33
1
poliqon.az

2Sources