EN

Üçüncü sərbəst yürüş start götürüb - Formula 1

Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş start götürüb.

Day.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Xəbər yenilənəcək

Chosen
14
11
day.az

10Sources