"Borusan Contemporary"salonu mədəniyyət mövsümünü tanınmış kanadalı fotoqrafEdvard Burtinskinin“Dəyişən Yer üzü” adlı Türkiyədə ilk böyük fərdi sərgisi ilə açıb.
Kulis.az xəbər verir ki, sərgidə Burtinskinin Türkiyədə və dünyada çəkdiyi, insanın təbiətə təsirini əks etdirən 30 illik seçilmiş fotoşəkillər təqdim olunur.
Layihə xüsusilə torpaq eroziyası, su və duz, Afrika araşdırmaları və neft kimi mövzuları əhatə edir.
Sənətkar işləri ilə insanlığın təbiətə verdiyi zərərin uzunmüddətli nəticələrini təqdim edərək bəşəriyyəti düşünməyə çağırır.
Qeyd edək ki, sərgi həm gözəl, həm də düşündürücü fotolarla ziyarətçilərə unudulmaz vizual təcrübə təqdim edir.