EN

Paşinyan “Dördüncü Respublika”nı bəyan etdi

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

 Baş naziri Paşinyan “Dördüncü Ermənistan Respublikası”nın yaradılmasını gələcək məqsədi kimi elan edib.

AzPost bildirir ki, bu barədə qərar “Vətəndaş Saziş”nin keçirdiyi qurultayda qəbul edilib.

Bununla bağlı Bəyanatda qeyd edilir ki, “Vətəndaş Sazişi” vətəndaşların istəklərini nəzərə alaraq, “Üçüncü Ermənistan Respublikası”nın tarixini təhlil edərək, Ermənistan və Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına, “Real Ermənistan” ideologiyasına arxalanaraq Dördüncü Ermənistan Respublikasının yaradılmasını gələcək məqsədi kimi elan edir.

Bu məqsədə nail olmaq üçün “Vətəndaş Sazişi” aşağıdakıları planlaşdırır:

Birincisi, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri zamanı Ermənistanı idarə etmək mandatını daha 5 il uzatmaq üçün xalqa müraciət edəcək.

İkincisi, xalqın seçkilərdə etimadını qazandıqdan sonra ümumxalq səsverməsi yolu ilə Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu prosesinə başlamaq.

Bəyannamənin üçüncü bəndində deyilir: 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin, o cümlədən daxili və xarici sərhədlərinin 29 743 kvadrat kilometrlik ərazisinin toxunulmazlığı konsepsiyasına əsaslanmaq.

Bundan əlavə, “Vətəndaş Sazişi” regionallaşmaya qarşı çıxmadan və balanslaşdırılmış xarici siyasəti saxlamaqla ölkənin Avropa İttifaqına üzvlüyü üçün səyləri gücləndirmək niyyətindədir.

Bəyannamədə həmçinin qonşularla sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar edilməsi mandatının həyata keçirilməsi, habelə ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında bu prinsiplərin institusionallaşdırılması nəzərdə tutulur.

Bəyannamə yekdilliklə qəbul edilib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
azpost.info

2Sources