EN

Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirilib (FOTO)

Xankəndi.Trend:

Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgikeçirilib.

Trend xəbərverir iki, Xankəndi şəhər Konqres Mərkəzində AzərbaycanRespublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında xüsusi nümayəndəliyinin, Azərbaycan RespublikasıMədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birgətəşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgininaçılışı olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilənxəbərə görə, sərgidə azad olunmuş Qarabağ torpaqlarındakı təbiigözəlliklər, zəngin tarixi abidələr, həmçinin aparılanbərpa-quruculuq prosesi peşəkar fotoqrafların obyektivindənictimaiyyətə təqdim edilir.

Tədbir eyni zamanda, xalqımızın Vətən müharibəsində əldə etdiyitarixi Zəfərin və bölgənin yenidən dirçəlişinin simvolu kimidəyərləndirilir. Sərgidə tanınmış fotoqraflar, Qarabağın ruhunu,qədim abidələrlə müasir inkişafın ahəngini özünəməxsus üslubdatəqdim ediblər.

Sərgi Qarabağın indiki həyatını və gələcək perspektivləriniictimaiyyətə çatdırmaqla yanaşı, bölgənin mədəni və tarixidəyərlərinin qorunması barədə məlumatlandırmanı da hədəfləyir. Qeydedək ki, bu gün Qarabağ Universitetinin İncəsənət fakültəsindəAzərbaycan Dövlət Musiqili Teatrı tərəfindən Üzeyir Hacıbəylinin“Arşın mal alan” tamaşası da nümayiş etdiriləcək. Daha sonra Uşaqİncəsənət Festivalının qaliblərinin çıxışlarından ibarət konsertproqramı təşkil olunacaq. Günün sonunda isə Xankəndi şəhərininZəfər meydanında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərigünü münasibətilə konsert keçiriləcək, atəşfəşanlıq olacaq.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Chosen
75
4
az.trend.az

5Sources