EN

Dördqat dünya çempionu Eldəniz Əzizli karyerasını bitirmək niyyətindədir

"Çox istəyərdim ki, 5-ci dəfə dünya çempionu olum. Amma bəzən istədiklərimiz alınmır".

İdman.biz bildirir ki, bunu Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanmış dördqat dünya çempionu, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə deyib.

"Ona görə də naşükürlük eləmirəm. Əsas odur ki, ölkəmi fəxri kürsüdə təmsil edəcəyəm. Bu da müəyyən uğurdur. Amma məndən gözləntilər həmişə çox olduğu üçün özümü hər vaxt qızıla hazırlamışam. Təssüf ki, olmadı", - Əzizli bildirib.

Güləşçi karyerasını bitirib-bitirməyəcəyi barədə də danışıb: "Bu barədə düşünəcəyəm. Amma bizim nəsil güləşçilərdən mən artıq tək qalmışam, qalanları karyeralarını başa vurublar. Düşünürəm ki, onların sırasına qoşulmaq vaxtıdır".

İdman.biz

Chosen
27
2
idman.biz

3Sources