EN

Dövlətin PAYTAXT-nın əhalisi 300 NƏFƏR-dir


Dünyada adını hər gün eşitdiyimiz böyük paytaxt şəhərləri var - Paris, London, Tokio.

“Qafqazinfo” xəbər verir ki, elə paytaxt şəhərləri də mövcuddur ki, onların əhalisinin sayı bəzən bir rayon mərkəzinin sakinlərindən də azdır.

Bu şəhərlər həm miqyaslarına, həm də tarixi və siyasi statuslarına görə diqqət çəkir.

Lixtenşteynin paytaxtı Vaduzda cəmi 5 min nəfər yaşayır. Alp dağlarının qoynunda yerləşən bu şəhər bankçılıq və turizm sahəsində böyük rola malikdir. Lakin kiçik ərazisinə görə paytaxtdan çox, sanki bir kənd təsəvvürü yaradır.


 

San-Marino Avropanın ən qədim respublikasıdır. Onun paytaxtı San-Marino şəhərində 4 min nəfər əhali yaşayır. Orta əsrlərə aid qalaları və dar küçələri ilə şəhər turistlərin diqqətini çəkir, amma siyasi baxımdan ölkənin əsas idarə mərkəzi rolunu oynayır.

 

 

Tuvalunun paytaxtı Funafutidə təxminən 6 min nəfər yaşayır. İqlim dəyişiklikləri və dəniz səviyyəsinin qalxması səbəbindən bu ada şəhəri tez-tez yox olmaq təhlükəsi ilə üz-üzə qalır.

 

 

Palaunun paytaxtı Ngerulmud dünyanın ən az əhalisi olan paytaxtı hesab olunur.

Burada 300 nəfərdən az adam yaşayır. Modern dövlət binaları olsa da, şəhər tamamilə səssiz və insansız təsir bağışlayır.

 

Nauru dövlətinin isə rəsmi paytaxtı yoxdur. Amma hökumət idarələrinin yerləşdiyi Yaren rayonu faktiki olaraq bu funksiyanı yerinə yetirir. Burada min nəfərdən bir az çox əhali yaşayır.

 


Chosen
35
1
nuh.az

2Sources