EN

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.

AZƏRTAC xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “McLaren” komandasının pilotu Lando Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hamilton birinci olublar.

Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Chosen
15
13
azertag.az

10Sources