EN

Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı -Corc Martin kimdir?

Xankəndi şəhər günü çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qarabağın zəngin tarixini və təbiətini əks etdirən “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin açılışı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki,sərgi Xankəndi şəhərindəki konqres mərkəzində baş tutub.

Sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir. Tədbir həmçinin xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin rəmzi olaraq bölgənin yenidən canlandığını nümayiş etdirir.

Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Səcəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və Alp Ar Tunqa Cabbarlı kimi tanınmış fotoqrafların əsərləri nümayiş olunub. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrin və müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edib.

“Qarabağ – obyektivdən tarixə” sərgisi ictimaiyyəti Qarabağın bugünkü həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlılığı artırmağı hədəfləyir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.


Chosen
63
kulis.az

1Sources