EN

"Mercedes" pilotu Bakıdakı yarışda ikinci günün gərgin keçəcəyini düşünür

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin ikinci günü çox gərgin keçəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Mercedes"in pilotu Andre Kimi Antonelli açıqlama verib.

Gənc sürücü ötəngünkü ilk sərbəst yürüşləri özü üçün müsbət qiymətləndirib:

"Növbəti gün hər şey gərgin olacaq. Şəhər trasında tempi addım-addım qurmağa çalışıram. Düşünürəm ki, biz də sıralama turunda mübarizədə ola biləcəyik. "Ferrari" və "Maklaren"in sürətli tempinə baxmayaraq, iddialı çıxış edə biləcəyimizə inanıram".

Qeyd edək ki, bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.

Chosen
57
1
ikisahil.az

2Sources