EN

Ukraynadan qaçan sabiq nazirdən xəbər var: yeri bilindi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Kiyevə qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Ukraine” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Ukraynada keçmiş diplomatların ölkədən çıxışını qadağan edən qanunun qəbulu fonunda Kuleba qaçmışdı. Amma hazırda o, Kiyevdədir. Hadisənin əlavə təfərrüatları məlum deyil”, – deyə bildirilib.

Qeyd olunub ki, keçmiş xarici işlər nazirinin Ukraynaya qayıtması ilə bağlı rəsmi xəbərlər təsdiqini tapmayıb.

Kuleba daha əvvəl bəyan etmişdi ki, o, prezident Volodimir Zelenskinin keçmiş diplomatik işçilərinin ölkədən çıxışını qadağan edən fərmanı ilə əlaqədar ölkədən gedib.

“Heç vaxt düşünməmişdim ki, ölkəmdən gecələr oğru kimi qaçmalı olacağam. Onlar mənə görə qəzəbləndilər, çünki mən Zelenskinin antikorrupsiya agentliklərinin işini senzura etmək niyyətini açıq şəkildə pislədim”, – o vurğulamışdı.

Xatırladaq ki, Dmitri Kuleba 2020–2024-cü illərdə Ukraynanın xarici işlər naziri vəzifəsini icra edib. Ötən ildən bu postu Andrey Sibiqa tutur.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
3
globalinfo.az

4Sources