EN

Paytaxtda avtomobil sayı artır, bəs parkinq üçün yer qalıbmı? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda avtomobil sayının sürətlə artması fonunda paytaxtda parkinq problemi daha da aktuallaşır.

Maraqlıdır, avtomobil sayının artımı fonunda gələcəkdə parkinq məsələsi necə tənzimlənəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, parklanma ilə bağlı həyata keçirilən islahatlar doğru addımdır, lakin avtomobil sayındakı artım gələcəkdə əlavə problemlər yarada bilər.

Yasin Mustafayev

“Əvvəlki dövrlərdə sürücülər şəhərin mərkəzində maşınlarını bütün günü saxlayaraq cüzi məbləğlə qeyri-leqal parkinq xidməti üçün ödəniş edirdilər. Bu isə qısa müddətlik işi olan vətəndaşlara parkinq yeri tapmaqda çətinlik yaradırdı. Hazırda isə mərkəzdə parklanma bahalaşıb, kənar ərazilərdə isə daha ucuzdur. Bu da sürücüləri avtomobillərini uzun müddət eyni yerdə saxlamaqdan çəkindirir və boş yerlərin yaranmasına şərait yaradır.

Ölkəyə hər il təxminən 100 minə yaxın nəqliyyat vasitəsi idxal olunur və onların böyük hissəsi Bakıya gətirilir. Bu, həm tıxacların, həm də parkinq problemlərinin artmasına səbəb olur. Yer çatışmazlığı və sıxlığın qarşısını almaq üçün vətəndaşları fərdi avtomobildən az istifadə etməyə, ictimai nəqliyyata və qısa məsafələrdə piyada gəzintiyə təşviq etmək vacibdir,” – deyə Mustafayev vurğulayıb.

Ekspert hesab edir ki, gələcəkdə parkinq siyasəti daha çevik və tənzimləyici mexanizmlərlə qurulmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
konkret.az

3Sources