EN

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Bakı, TurkicWorld

Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TurkicWorld xəbər verir ki, Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, koç edən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Chosen
13
49
turkic.world

10Sources