EN

Artıq bir il yarımdan çoxdur Azərbaycanla sərhəddə əsgər ölmür, sülh budur -Paşinyan

Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.

O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

"Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür", - Paşinyan əlavə edib.

Chosen
27
11
redaktor.az

10Sources