EN

Kəlbəcərə növbəti köç karvanı gedib

Kəlbəcərə

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür.

Bu gün Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Kəlbəcər şəhərinə koç edən ailələr Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Chosen
9
5
reyting.az

10Sources