EN

Bu axşam Xankəndidə konsert olacaq

Xankəndi şəhərində bu gün axşam saatlarında konsert keçiriləcək.

Teleqraf-ın xəbərinə görə, bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu əlamətdar gün bu gün Xankəndi şəhərində təmtəraqlı şəkildə qeyd olunur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə axşam saatlarında şəhərdə konsert təşkil olunacaq.

Monitorlarda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinın “Xankəndi, Ağdərə və Xocalı şəhəri günü”nə dair hazırladığı videoçarx da nümayiş olunacaq. Həmin videoçarxı sizə də təqdim edirik.
Chosen
15
6
sherg.az

7Sources