EN

Polisin ötən gün aşkarladığı silah-sursatın sayı açıqlandı

BAKI, 20 sentyabr. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sentyabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 18 alışdırıcı, 12 tüfəng, 17 patron darağı və 894 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
16
35
teleqraf.com

10Sources