EN

"Bu, İlham ƏIiyevin qəbul etdiyi bəyannamə sayəsində yaranıb" - Paşinyan

"Ermənistan və Azərbaycan arasında məlum sülhün bərqərar olması sayəsində Ermənistan öz tarixində tamamilə yeni dövrə qədəm qoyub".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan  Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxışı zamanı bildirib.

"Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə mənim və Azərbaycan Prezidentinin qəbul etdiyi bəyannamə sayəsində yaradılmışdır. 8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir", - o, ifadə edib.  

Chosen
19
3
unikal.az

4Sources